Baku TV-də yayımlanan "Qapqara" verilişin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı müğənni Rauf Əhmədov olub.
O, ölkədə savad və istedadına görə beynəlxalq səhnələrə çıxacaq müğənni olmadığını deyib: "Bizdə hətta elə bir Xalq artisti də yoxdur ki, deyəsən ki, get Avropanı təəccübləndir. Vaxtilə bizim müğənnilər Türkiyədə pul verib telekanala çıxanda mikrofonu əsə-əsə tutublar. Xalq artisti var ki, vəzifəli şəxsə cadu eləyir. Bunu ona görə edir ki, tədbirləri çox olsun:
"Bu, çirkin həyatdır. Ona görə də mən ordan qaçıram".
R.Əhmədov "Avroviziya" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək istəyindən danışıb və söyləyib ki, yarışmaya taktika ilə getmək lazımdır.
"Mən bilirəm ki, növbəti dəfə "Avroviziya"ya kimi göndərsələr, uduzub qayıdacaq. Çünki bu müsabiqəyə taktika ilə getmək lazımdır. O da hər musiqiçidə olmur. Yaxşı görünüşü, yaxud səsi olmaq azdır. Bəzi sirlər var ki, onları açıqlamaq istəmirəm. Əgər məni göndərsələr, minimum ikinci yerin qalibi olaram. Hətta birinci də ola bilərəm".
Verilişdə müğənni Murad Arif barədə də fikir bildirən musiqiçi onu özünə rəqib görmədiyini vurğulayıb:
"Muradın istəyi böyükdür, amma istedadı azdır. O, savadlı insandır. Bu da onun vaxtilə jurnalistlik etməsi ilə əlaqədardır. Səhnədə başqası yoxdur deyə oxuyur".
Ətraflı süjetdə: