photo_65309955
Xalq artisti toyu olan qızlara SƏSLƏNDİ: "Gəlin ləzginka oynamaz, atlanıb düşməz, ayıbdır!"

"Toylarda bəy və gəlin milli rəqs etmək üçün kurslara gedirlər. Əslində, bu, yaxşı əlamətdir".

 

Qlobal.net xəbər verir ki, bu barədə Azərbaycanın Xalq artisti, 94 yaşlı xoreoqraf-baletmeyster Roza Cəlilovanın Report-a müsahibəsində bildirib.

 

"Deməli gənclərimiz artıq başa düşürlər ki, milli xalq rəqslərimizi ifa etməyi bacarmalıdırlar. Çünki bu bizim mədəniyyətimizdir. Amma digər tərəfdən bəzən mənə zənglər olur. Deyirlər “Roza xanım bizə rəqs öyrədin”. Dedim ayıb olsun sizə. Bizim vaxtlarda toyda gəlin utandığından başını yuxarı qaldırmırdı. İndi çıxıb oynayırlar. Bu mütrüblükdü. Ayıbdı. Gəlin utanar. İndi ləzginka oynamaq istəyirlər. Başa düşürəm, müasir dövrdü. Ancaq gərək gəlinlər Uzundərə, İnnabı, Naz-naz oynasın. Yoxsa ləzginka, atlanıb düşmək olmaz. Belə şeyə normal baxmaq olmaz", - Xalq artisti deyib.



01.08.2022 16:49
245