ağadadaş
Xalq artistinin vurduğu şəxs görün kimdir - DETALLAR

İyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb. (metbuat.az)

***

Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub və o, həmin şəxsə balta ilə xəsarət yetirib.  

Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. 

Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq faktı təsdiqləyiblər. 

Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır. 

23.07.2024 11:16
show 3108