Şou-biznes

Xalq artisti söyüşə görə arvadından boşanıb – Onunla bir yastığa baş qoya bilməzdim

Xalq artisti Tariyel Qasımov boşanma səbəbini açıqlayıb.

Qlobal.net xəbər verir ki, verilişlərdə qonaq olan aktyorun sözlərinə görə, onların boşanmasına səbəb xanımının söydüyü söyüş olub.

“25 yaşımda sevib evlənmişdim. Evliliyimiz 40 il davam edib. Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur – red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarşı mehriban olurlar. Kişinin bir sözünü iki etmirlər. Qadın kişiyə böyük kimi, ər kimi baxır. Birinci həyat yoldaşım Dağıstandan gələndən sonra mənə elə bir söz dedi ki… O sözü heç kimə deməmişəm, çünki deyiləsi deyil. Həmin sözündən sonra onunla bir yastığa baş qoya bilməzdim. Bu sözlərdən sonra onunla necə barışa bilərdim?

O, mənə məhkəmədə şər atdı. Xanımım dedi ki, guya mən demişəm ki, Prezident ev verib, gedirəm orada yaşayım. Guya həyatımda başqa qadın olub. Mən yoldaşımı çox sevmişəm, sevib ailə qurmuşam”.

Related Articles

Bir cavab yazın

Back to top button