“Özümə özüm kimi gəlin arzulayıram”.
Qlobal.net olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Gülyaz Məmmədova “Sabahın xeyir Azərbaycan!” verilişinə müsahibəsində deyib.
Müğənni ifaçı oğlu Ramazan Şərifzadəni evləndirəcək xanımın bu xüsusiyyətlərə malik olmasını istəyir:
“Mən özümü və xasiyyətimi sevirəm. Kim deyirsə ki, mən safam, təmiz qəlbliyəm qoy desinlər. Paxıl, kibirli olmaqdansa elə saf olmaq yaxşıdır. Elə gəlinimində bu cür xasiyyətdə olmasını istəyərəm. Amma deyə bilmərəm o mənim xasiyyətdə olacaq yoxsa yox. Bu qismətdir. Hər bir insanın öz xasiyyəti var”.