Xalq artisti ilə Kərim canlı yayımda üz-üzə gəldi – O adamın özündə problem var

“Samir Cəfərovla heç bir problemim yoxdur. Sadəcə, soruşanda dedim ki, onun heç bir musiqisinin adını bilmirəm. “Əsən yellər” mahnısı varsa, bu, Zeynəb Xanlarovanındır. Çıxsın efirdə opera oxusun. Şou əhli bir-birindən yaxşı yola gedir. Mənə dəymə, mən də sənə dəyməyim. İşiniz olmasın mənlə. Həqiqəti deyirəmsə, ona xoş gəlmirsə, o adamın özündə problem var. Mədəniyyəti təmsil edən adamam. Niyə təhqir olmalıdır ki? Mənə dəyməyin”.
Qlobal.net Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov “Gün ortası” verilişində deyib.
O, Xalq artisti Samir Cəfərovla qalmaqalından söz açıb.
Daha sonra S.Cəfərovla telefon bağlantısı qurulub. Müğənni Kərimlə inciməsinin səbəbini açıqlayıb:
“Xalq artistlərinin acından ölmək məsələsinə əsəbi oldum. Mən də dedim ki, bir-birimizə hörmət edək. Xalq artistləri, sənətkarlar ev, mükafat alır. İnsan sənətkar pilləsinə gələnə qədər illərini verir, bir qarın ac, bir qarın tox olur. Çox çətin sənətdir. Mən onu təhqir etməmişəm, olmayıb. O qədər sənət adamı qınağa çəkilir ki…
Əgər Kərimin mənimlə intriqası varsa, orada Təyyar Bayramov və Nazpəri Dostəliyeva var. Orada oxuduğum zil notları düzgün oxumuşam. Özümə cavabdehəm ki, səhv oxumamışam. Çıxartsın ortaya, şəxsən mənim oxumağımdakı səhvi göstərsinlər”.
K.Abasov “Kərimin ağzından Xalq artisti sözü çıxmayıb. Göstərin harada demişəm o sözü, sonra danışarıq. Mənim adımdan sizə sual veriblərsə, mən olmamışam. Demişəm, Teymur Əmrah kimi sənətkar olub, klassik oxuyub acından ölmək istəmirəm. Gətirin o kadrları göstərin” deyərək, etirazını bildirib.
Qeyd edək ki, K.Abbasov bu yaxınlarda Xalq artisti Samir Cəfərovun videosunu yayaraq onun yanlış oxuduğunu tənqid etmişdi. İfaçılar arasında qalmaqal yaşanmışdı.



