photo_65682960
Xaçmazda faciəli olay: Yeddi aylıq körpə öldü


Xaçmaz rayonu ərazisində yeddi aylıq uşaq çarpayıdan yıxılması nəticəsində ölüb.
“Report”un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndi ərazisində baş verib.
Belə ki, 2021-ci il təvəllüdlü Mehdiyev Məlik Aqşin oğlu çarpayıdan yıxılıb və aldığı xəsarətdən ölüb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
07.06.2022 17:46
156