6528ebbd3d583202310230325
Xaçatryan məhkəmədə ağladı - FOTOLAR

Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb.  

Qlobal.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Xaçatryanın ağlaması diqqəti çəkib.  

Bugünkü iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir, ilkin dinləmələr keçirilir. 

Qeyd edək ki, V.Xaçatryan 1991-ci ilin dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətmə ittihamı ilə beynəlxalq axtarışa verilmişdi. O, bu ilin iyulunda Azərbaycan sərhədçiləri tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

 



13.10.2023 11:02
show 739