Evdə və ya iş yerində internet əlaqəsinin zəif olması həm işi, həm də gündəlik istifadəni çətinləşdirir. Wi-Fi siqnalının zəifləməsinin müxtəlif səbəbləri var və bu problemi aradan qaldırmaq üçün bir neçə sadə üsul mövcuddur.
1. Modemi yenidən başladın
Bəzən modem uzun müddət işlədikdə, daxili yaddaşda yüklənmələr baş verir və bu da siqnalın zəifləməsinə səbəb olur. Modemi söndürüb 1-2 dəqiqə sonra yenidən işə salmaq çox vaxt problemi həll edir.
2. Modemin yerini dəyişin
Wi-Fi siqnalı divarlar, mebellər və digər maneələrdən keçərkən zəifləyir.
Modemi evin mərkəz hissəsində, mümkün qədər yüksəkdə yerləşdirin.
Metal əşyalar və mikrodalğalı soba kimi cihazlardan uzaq saxlayın.
3. Qoşulan cihazların sayını azaldın
Eyni anda çoxlu telefon, planşet və kompüter qoşulubsa, sürət azalır. Lazımsız cihazların Wi-Fi bağlantısını kəsin.
4. Modemin proqram təminatını yeniləyin
Bəzi hallarda zəif siqnalın səbəbi köhnəlmiş proqram təminatıdır. Modeminizin “firmware” yeniləməsini yoxlayın və lazım gələrsə, yeniləyin.
5. Kanal tənzimləməsini dəyişin
Wi-Fi siqnalı qonşu şəbəkələrlə eyni kanalda ola bilər, bu da qarışıqlığa səbəb olur. Modem parametrlərindən daha az yüklənmiş kanal seçərək siqnalı gücləndirmək mümkündür.
6. Siqnal gücləndirici (repeater) istifadə edin
Eviniz böyükdürsə və bəzi otaqlarda Wi-Fi zəifdirsə, “repeater” və ya “mesh” sistemlərdən istifadə edin. Bu cihazlar siqnalı gücləndirərək daha geniş ərazini əhatə edir.
7. Modemi dəyişmək haqqında düşünün
Əgər modem köhnədirsə və yeni texnologiyaları dəstəkləmirsə, onu yeniləmək düzgün qərar olar. Yeni nəsil modemlər həm sürətli, həm də sabit siqnal verir.
Emin Əzimoğlu
Qlobal.net