“WhatsApp”da təqdim edilən yeni funksiya etirazla qarşılanıb.
Qlobal.net xəbər verir ki, yeniliyin xüsusən də məxfilik sahəsində insanların şəxsi həyatına mane olduğu düşünülür. Yeni funksiyaya görə, qarşı tərəf hər hansı mesaj, o cümlədən mesaj və ya şəkil göndərdikdə onun profil şəkli “WhatsApp”ın bildiriş qutusunda görünəcək. Bildiriş qutusunda mesaj göndərən istifadəçinin “WhatsApp” profil şəklinin görünməsi insanların kiminlə mesajlaşdığını ortaya çıxaracaq.
Bu funksiya gələnə qədər “WhatsApp”ın bildiriş qutusunda yalnız istifadəçinin adı qeyd olunurdu. “WhatsApp” istifadəçiləri isə qarşı tərəfin kimliyini gizlətmək üçün onun adını dəyişirdi. (metbuat.az)