661a242868801202404242024
“WhatsApp”da yeni funksiya - Statuslarınızı "İnstaqram"da...

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər. İstifadəçilər "WhatsApp" status yeniləmələrini "Instagram"da da paylaşmaq istəsələr, yeni çarpaz göndərmə seçimini aktivləşdirə biləcəklər, funksiya avtomatik olaraq deaktiv ediləcək.

"Instagram" statuslarını dublikat etmək imkanı inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində əlçatan olacaq.

13.04.2024 10:18
show 156