vatsap
"WhatsApp"a giriş bərpa olundu (YENİLƏNDİ)
Vatsapdakı problem aradan qaldırılıb.

xxx

Xəbər verdiyimiz kimi bu gün "WhatsApp" sosial şəbəkə platformasının işində problemlər yaranıb.
Yayılan məlumatlarda problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.
Problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu istiqamətdə araşdırma aparılır:

"Hazırda "WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. "WhatsApp” tətbiqinin inzibatçısı "Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır".

xxx

Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda internet istifadəçilərinin "WhatsApp"dan istifadəsində problem yaranıb.

İstifadəçilər messencerə daxil ola və xidmətlərdən istifadə edə bilmirlər.

Problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.

25.10.2022 13:07
show 210