vüsalə
Vüsalədən ona söz atanlara SƏRT CAVAB: "Bildiklərimi danışsam..."

"İnsanların hissləri üzərindən proqram qurmaram. Özümü gözümün önünə gətirərəm".

Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə "7 canlı" proqramında deyib. O, ad çəkmədən ünvanına söz atan tanınmış simalara cavab verib.

Vüsalə eyni zamanda Əməkdar artist Nigar Şabanovanın şəxsi həyatı üstündə proqramında reytinq toplayanlar olduğunu söyləyib:

"Sənət adamları bostanıma daş atıblar, tələ qurublar ki, Vüsalə cavab versin. Bütövlükdə hər şeylərini bilsəm də, susmuşam. Həmkarlarımın da proqram quruluşuna, fikrinə müdaxilə etmək istəmirəm. Hər kəsin öz yanaşması var. Sonradan bunu əlində bayraq edib, Nigarı durmadan efirə çağırmaq və üstünə getmək... Qarşınızda bir insan, qadın, onu böyüdən valideynlər və onun böyütdüyü qız uşağı var. Mən xoşbəxt olanda kimsə qarışır? Niyə pis olanda hamı insanın üstünə gəlir? Yaşatdıqlarınızı yaşamadan bu dünyadan köçməyəcksiniz. Kiminsə yaşantısı üstündən sevinmək, reytinq qurmaq. Bildiklərimi danışsam, nəinki reytinqdə, dünyada birinci olaram". 

21.10.2022 21:19
show 388