Ailəsi aparıcı Vüsalə Əlizadəyə doğum gününün ilk dəqiqələrində xoş sürpriz hazırlayıb.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, həmin anlar isə aparıcının dəbdəbəli villasında baş tutub.
Əlizadənin anası Lütfiyyə, qızı Dilək və digər yaxınları bir araya
toplaşaraq malikanənin həyətini fişəng və şarlarla bəzəyərək
şirniyyatlardan ibarət masa açıblar.
Gecə saat 00:00-da musiqiçilərdən ibarət qrup villaya daxil olub və aparıcını mahnı sədaları altında təbrik ediblər.
Bu anları təəccüb və sevinc hissləri ilə qarşılayan Vüsalə onun doğum
gününü bu şəkildə təşkil və təbrik edən ailə üzvlərinə təşəkkürünü
bildirib. Əlizadə xoş günündən olan görüntülərini isə sosial şəbəkə
hesabında izləyiciləri ilə bölüşüb.
Həmin kadrları təqdim edirik: