64c7d0fa186a8202307231922
Vüqar Renkaya SATAŞDI: Maşın almısan, gözün ayağının altını görmür - VİDEO

Bir müddət əvvəl Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan oriental rəqslərin mahir ifaçısı Rəna Ağamuradovanın sosial şəbəkə hesabında yazdığı "Bakıda o qədər səviyyəsiz, tərbiyəsiz sürücülər var ki...

Artıq onlarla mübarizə aparmaq gücüm yoxdur. Bakıda bunların əlindən maşın sürmək nədir, yaşamaq belə istəmirsən.

Mən niyə hər gün stress yaşamalıyam axı" status müzakirə predmetinə çevrilib. 

Qlobal.net bizim.media-ya istinadən bildriir ki, Renkanın qalmaqallı fikirlərinə "Meyxəbər" verilişinin aparıcılarından olan meyxanaçı Vüqar Əbdulov lağa qoyub. 

Vüqarın Renkaya cavabı belə olub: 

"Renkanın deyəsən yadından çıxıb "ilan boğan" vaxtları (gülür). İndi bir dənə avtomibl almısan, gözün ayağının altını görmür? (barmaq silkələyir)". 

Qeyd edək ki, Renka bir müddət əvvəl özünə dəbdəbəli motosiklet alıb. 
 

31.07.2023 19:18
show 573