TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qızına qiyməti yarım milyon manata başa gələn dəbdəbəli toy etməsi sosial şəbəkələr və medianın gündəminə çevirilib.
Toyda ölkənin tanınmış müğənniləri də iştirak ediblər. Apardığımız araşdırma görə, Röyanın 3-4 mahnıya görə 25 min manat, Aygün Kazımovanın ifa etdiyi 3-4 mahnıya görə V.Qurbanov 30 min manatından keçməli olub. Ümumilikdə isə təkcə ölkə şou-biznes nümayəndələrinə 100 min manata yaxın pul xərcləyib.
Məclis Bakının ən dəbdəbəli restoranlarından olan "Böyük Saray"da başsa da, toya hazılıq və fotosessiya "The Ritz-Carlton Baku” otelində baş tutub.
Toy qədər bəy və gəlinin hədiyyə və aksesuarları da diqqət çəkir.
Referans.az xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, bəy toya taxdığı qol saatı İsveçrənın məşhur brendi "Longiness"dəndir. Bəyin qolundakı "Longiness" brendinin "Elegant Collection" modelinin qiyməti 105.050 TL-dir (təxminən: 8 min manat).
Sədrin qızının ayaqqabısının qiyməti isə İtaliyanın məşhur "René Caovilla" markasın "Margot sandal" modelidir. Həmin modelin qiyməti 1528 dollardır. Gəlinin ətri istifadə etdiyi "COCO MADEMOISELLE" ətrinin 100 ML-sinin isə qiyməti isə 250 manatan başlayır.