TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov qızına möhtəşəm toy keçirib.
Qlobal.net xəbər verir ki, Manset.az-ın məlumatına görə, sədrin qızı Aygül Qurbanovanın toy mərasimi Bakıda dəbdəbəli restoranlardan birində baş tutub. Məclisə qonaq qismində nazirlər, deputatlar, komitə sədrləri, bir sıra ictimai-siyasi xadimlər və yüksək vəzifəli şəxslər qatılıblar. Toyda müğənni Zamiq, Xalq artistləri Röya Ayxan, Aygün Kazımova və digər sənətçilər, rəqs qrupları iştirak ediblər.
Qeyd edək ki, toy mərasiminin keçirildiyi restoranda bir yerin qiyməti minumum 300 manatdan başlayır.