66ab70fb5cf17202408242651
“Vosmoy” bazarında yanğın - ANBAAN VİDEO

Bakının Nizami rayonunda yerləşən “Vosmoy” bazarında obyekt yanır.

Qlobal.net ölkə.az-a istinadən xəbər verir ki, ərazidəki dönərxanalardan birində başlayan yanğın qatı dumanla müşahidə olunur. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Vətəndaşlara ərazidən uzaqlaşmaq barədə göstəriş verilib.

Yanğının ətrafdakı obyektlərə keçib-keçmədiyi məlum deyil. 

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


01.08.2024 15:24
show 428