photo_95246787
“Vkontakte”nin baş direktorunun erməni müavini ölü tapıldı

Rusiyanın “Vkontakte” sosial şəbəkəsinin baş direktorunun birinci müavini Vladimir Qabrielyan və onun hələlik adı açıqlanmayan dostu Nenets Muxtar Dairəsinin ərazisində ölü tapılıb.

İlkin məlumatda qeyd olunub ki, V.Qabrielyan və bir neçə dostu Ağ dəniz sahillərinə ekspedisiyaya yollanıblar.

Nəticədə V.Qabrielyan qəza keçirib və onun idarə etdiyi “vezdexod” çevrilib.

Axtarışların 12 saat davam etdiyi bildirilir.

Mənbə: Sputnik

07.06.2022 11:45
161