29.09.2021
12:28
261

Vilayət Eyvazov Qarabağ veteranını rəis müavini TƏYİN ETDİ

Loading...

Kəlbəcər Rayon Polis Şöbəsinə müavin təyin olunub. 

Redaktor.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elşən Quliyev Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, Kəlbəcər RPŞ-nin xidmət üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki E.Quliyev 90-cı illərin Qarabağ döyüşlərinin iştirakçısıdır (oxu.az).

Loading...