photo_78242751

Vəzifəli şəxs məni… – Çimnaz Sultanovanın həyatı TƏHLÜKƏDƏDİR

Akrtisa Çimnaz Sultanova həyatının təhlükədə olduğunu bildirib.

Qlobal.net Yenisabah.az-a istinadən xəbər verir ki, sənətçi evindən külli miqdarda oğurluq hadisəsini ictimailəşdirdikdən sonra ona təhdid zənglər gəldiyini deyib.

O, adını çəkmək istəmədiyi vəzifəli şəxslər tərəfindən hədələndiyini iddia edib.
"Hazırda gərginlik içindəyəm. Mənə zəng vurub hədələyirlər, qorxuram. O adamın adını çəkmək istəmirəm. Bu hədə-qorxular evimdə baş verən oğurluq hadisəsini ictimailəşdirməyimdən sonra oldu".

Xatırladaq ki, oğurluq hadisəsi aktrisanın 2018-ci ildə yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evində baş verib.

Ç.Sultanovanın sözlərinə görə, prodüser Zərif Əlixanova yeniyetmə qızı ilə birgə müxtəlif vaxtlarda aktrisanın evdən 80 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

21.08.2022 09:18
show 307