“Veteran pulu” ilə bağlı xoş xəbər açıqlandı

2026-cı ildə dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitlərin həcmində artımlar gözlənilir. Bu istiqamətdə 17,1 milyard manat vəsait ayrılacaq. Mövcud rəqəm isə büdcə xərclərinin 41 faizindən çoxu deməkdir.
Bu sözləri Baku.ws-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, qanunla müəyyənləşən artımlar Milli Məclisin və ya qanunverici orqanın səlahiyyətindədir:
“Qanunverici orqan qanunu dəyişir və ya onun qəbul edilməsi ilə məşğuldur. Pensiya kapitalının indeksləşdirilərək artırılması “Əmək pensiyaları haqqında” qanunla tənzimlənir. Yəni bunlar qanunla tənzimlənən və qanunun tələbinə uyğun olaraq həyata keçirilən artımlardır.
Ehtiyac meyarı, o cümlədən yaşayış minimumu da qanunla tənzimlənir. “Veteran pulu” da daxil olmaqla, digər müavinətlərki artımlarla bağlı təkliflər var. Milli Məclisə təqdim edilən təkliflərdən biri ondan ibarətdir ki, bu məbləğin kommunal, nəqliyyat və digər xərclərdəki artıma bağlanılması daha məqsədəuyğun olardı. Bu məbləğ müəyyənləşəndən sonra məhz həmin kommunal xidmətlər, nəqliyyat və digər istiqamətlərdə artım faizi nə qədər olubsa, ona uyğun indeksləşdirmək olar.
Eyni zamanda gələcəkdə həmin istiqamətdə artımlar olursa, artıq ilin sonunda indeksləşdirilib və pensiyalarda olduğu kimi məhz “veteran pulu” və ya digər uyğun müavinətlərin artırılması həyata keçirilə bilər”.



