pul
Vətəndaşların NƏZƏRİNƏ!- Heç kim buna görə sizdən PUL ALA BİLMƏZ - VİDEO

Bu günlərdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən pul yığıldığına dair görüntülər yayılıb.

 Qlobal.net-in məlumatına görə, görüntülərdə instituta müraciət edən şəxslər iddia edirlər ki, rentgen üçün hər kəsdən 10 manat pul tələb edilir. 

Pul verməyən şəxslər isə saatlarla növbədə qalırlar. Əvəzində 10 manatından keçən şəxslər növbəsiz rentgen xidmətindən istifadə edirlər. 

Məsələ ilə bağlı araşdırma aparan BAKU.WS saytı müəyyənləşdirib ki, əslində adı çəkilən xidmətə görə vətəndaşlardan pul tələb oluna bilməz.

Mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən cavab olaraq bildirilib ki, vətəndaşlardan yığılan 10 manat qanunsuzdur: "Məlumat üçün bildirək ki, rentgen müayinəsi icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfi ilə təminata alınıb və ödənişsiz olaraq həyata keçirilir. 

Qeyd edək ki, videoda qeyd olunan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsidir. Tibb müəssisələrinin idaredilməsi TƏBİB-in səlahiyyətlərinə aid olduğu üçün şikayətin araşdırılması ilə bağlı TƏBİB-ə müraciət etməyinizi tövsiyə edirik".

 


02.12.2022 13:23
531