Vətəndaşlar Qazaxda generalı döyüb
Xəbər
verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin
Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi,
general-mayor Kənan Məmmədov ötən gün işdən çıxarılıb və onun barəsində
cinayət işi başlanıb.
Qlobal.net xəbər verir ki, "Unikal" Kənan Məmmədovla bağlı maraqlı faktlar əldə edib.Belə ki, əslən Naxçıvandan olan K.Məmmədov əvvəllər Qazax rayonunda
yerləşən Qırmızı-Körpü gömrük postunun rəisi işləyib. Onun həmin
postdakı fəaliyyəti rayon sakinlərinin ciddi etirazına səbəb olub. Hətta
Kənan Məmmədov bir neçə dəfə onları incitdiyi üçün Qazaxın bir neçə
kəndinin sakinləri tərəfindən döyülüb.
Onu da qeyd edək ki, həmin dövrdə DGK-nin sədr müavini olan Səfər
Mehdiyevlə Kənan Məmmədovun arasında dostluq münasibətləri olub.
Səfər Mehdiyev DGK-nin sədri təyin olunduqdan sonra Kənan Məmmədovu
Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi təyin edib və ona general-mayor
rütbəsi almasında köməklik göstərib. K.Məmmədov həmin idarəyə rəhbərlik
etdiyi dövrdə isə əsasən ölkəyə mebel gətirən sahibkarların fəaliyyətinə
mane olub. Belə ki, o sahibkarları yalnız özünün müəyyən etdiyi karqo
şirkətləri ilə işləməyə məcbur edibmiş.