21.01.2022
19:28
469

Vətəndaş polis rəisinə yumruq vurdu

Loading...

Bərdədə polis əməkdaşına müqavimət göstərən şəxs saxlanılıb.


Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, yanvarın 19-u saat 13 radələrində Bərdə rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi Əliyar Həziyevə rayonun Zümürxan kəndi ərazisində xəsarət yetirilərək zor tətbiq olunması ilə bağlı məlumat daxil olub.


Aparılmış araşdırmalarla müəyyən edilib ki, Zümürxan kənd sakini, 48 yaşlı Rəfail İsgəndərov həmin gün yaşadığı evdə xüsusi karantin rejimi qaydalarını pozaraq yas mərasimi təşkil etdiyi üçün barəsində inzibati tenbeh tədbiri tətbiq edən polis əməkdaşı Əliyar Həziyevin üz nahiyəsinə bir dəfə yumruqla vuraraq xidməti vəzifəsini yerinə yetirən şəxsə zor tətbiq etməklə müqavimət göstərib.


Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Rəfail İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Hazırda iş üzrə istintaq davam edir.

Loading...