2005-ci ildən etibarən aktrisa kimi kino karyerasına başlayır. “Xəzər gəlini”, “Hökmdarın taleyi”, “Sübhün səfiri”, “Skripkaçı”, “Fədakar”, “Qayıdış”, “Gecə axını” kimi filmlərə, “Qaranlıqlar çiçəyi”, “Məryəm”, “Yad gəlin” adlı seriallara çəkilib.
***
2018-ci ildə “Sevgi naminə” serialına çəkilən aktrisa sevgili obrazında çıxış etməsinə baxmayaraq, öpüş səhnələrindən imtina edərək deyib:
“Açıq-saçıq səhnələr olmayacaq. Çünki bizim cəmiyyət hələ erotik səhnələrə hazır deyil. Baxmayaraq ki, türk və digər əcnəbi filmlərdəki açıq-saçıq səhnələrə həvəslə baxılır, özümüzə çatanda daş-qalaq edirik. Min cür söz danışırlar. Başlayırlar ki, əri ola-ola başqa kişilərlə sevgilidir. Başa salmaq olmur ki, bu obrazdır, reallıq deyil. Buna görə də məcbur olub, belə səhnələrdən imtina etməli oluruq”.
2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində Gənclər mükafatına layiq görülmüşdür.
Aktrisanın ciddi təyyarə fobiyası var. Belə ki, bir neçə il əvvəl onun olduğu təyyarədə nasazlıq olduğundan təyyarə bir neçə saat yerə eniş edə bilmir. Həmin məqamda hər şeyin son olduğunu düşünən aktrisa xilas olması üçün allaha dualar edib. Elə həmin gündən sonra o, uzun müddət təyyarə ilə səfərlər etməyə qorxur.
Günəş Mehdizadə "Fədakar" filmində ifa etdiyi Fəridə obrazına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilib. "Yoxdu belə söhbət" filmindəki Sara roluna görə, Azərbaycan Kino Akademiyasının "Qızıl Pəri" peşə mükafatına namizəd olub.
Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilən və hazıra İctimai tv-də yayımlanan "Vətəndaş A" serialında Almaz rolunu canlandırır.
Fidan
Qlobal.net