23.03.2021
13:50
846

“Vəsiyyət etdi, Nazpərinin əlini öpdü və…” – Müğənninin bacısı

Loading...

Müğənni Zeynəb Dostəliyeva bacısı, xalq artisti Nazpəri Dostəliyanın 41 yaşında ürək çatışmazlığından dünyasını dəyişən Əli Quliyevdən danışıb.
 
Zeynəb Dostəliyeva bu sözləri deyib:
 
"Hamımız bir yerdə oturmuşduq. Bayram aşı dəmləmişdik, hər şey yaxşı idi. Qəflətən dedi ki, ürəyim döyünür. Deyirdi, səhhətimdə heç nə yoxdur, amma ürəyi tez-tez döyünürdü. Hələ zarafat da edirdi ki, ürək tez-tez döyünər. Bir də gördük ki, Əli yatıb. Dedik, Əli oyan, sanki quş olub uçdu. Bizimlə danışdı, mətbəxə getdik, gəldik ki, yatıb. Bu, bizə çox pis təsir etdi. Anasından ötrü canını verərdi. Nazpərini o qədər çox sevirdi. Həmişə ona deyərdi ki, ana başımın tacısan. Vəsiyyət etdi, Nazpərinin əlini öpdü və halallıq istədi. Heç bir ana övlad dərdi görməsin".
 
Qeyd edək ki, xalq artistinin iki oğlu var.

Loading...