Aparıcı Zaur Baxşəliyev biznesə başlayır.
Bu haqda Zaur aparıcısı olduği "Zaurla Günaydın" verilişində danışıb.
Baxşəliyev bildirib ki, uşaqlıq arsuzunu gerçəkləşdirmək üçün tezliklə öz əlləri hazırladığı şirniyyat evi açacaq:
“Şirniyyat
hazırlamağın həvəskarıyam. Mən demişəm, bu yaxınlarda bir dənə
şirniyyat yerimizi açacağıq. Bu, mənim uşaqlıq arzumdur. Bunun üçün
artıq hazırlıqlarımız gedir. Şəxsən öz əllərimlə bişirdiklərim qonaqlara
təqdim olunacaq. Mən istəmirəm ora çox adam gəlsin, çünki balaca bir
yer olacaq. İdeyalarım başqadır, hamısını açıqlamaq istəmirəm”.
Qeyd
edək ki, Z.Baxşəliyev reklam siması olduğu yağ brendini reklam etmək
məqsədi ilə tez-tez müxtəlif şirniyyatlar bişirərək sosial şəbəkə
hesabında onları nümayiş edir. (Bizim.media)