Müğənni Vəfa Şərifova apardığı toy məclislərinin birində çətin anlar yaşayıb.
Qlobal.net milli.az-a istinadla xəbər verir ki, sənətçi həmkarı ilə mahnılarını səsləndirərkən səhhəti pisləşib. Təzyiqi qalxan Şərifovanın başının gicəlləndiyi bildirilib.
Vəfanın müvazinətini itirdiyini hiss edən gənc sənətçi kömək üçün yaxınlaşıb. Əl hərəkəti ilə hər şeyin qaydasında olduğunu bildirən müğənni ifasına davam edib.
Sözügedən görüntüləri təqdim edirik: