66f2b5b38a92c202409245059

Vəfa üzr istədi

"Məsələnin bu yerə gəlib çatdığına görə tamaşaçılardan üzr istəyirəm. Mahnını almışam, çek, səsyazısı, sözlərini necə dəyişməyimin sübutu varımdır. Qarşı tərəfdən sübut istədim ki, məndən əvvəl aldığınızı göstərin. Sonra sizə halallıq verəcəyəm. Etmədilər, acıq verdilər. Mən də geri çəkilmədim. Bizim öncədən də problemlərimiz var idi. Hər şeyin bu yerə gəlməyinə də səbəb odur".

Qlobal.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Vəfa Şərifova "Bizimləsən" verilişində deyib. Proqrama virtual qoşulan Vəfa Şəbnəm Tovuzlu ilə aralarındakı mübahisənin mahnıdan əvvəl başladığını deyib. 

Məsələ ilə bağlı sualları cavablandıran sənətçi kövrəlib: "Qanunsuz şəkildə mahnım silindi. Məlum oldu ki, köməkçim Nadir Kərimova saatlarla zəng çatmır. Məsələni hüquq mühafizə orqanları nəzarətə götürüb. Məsələyə ciddi yanaşılır. Ona görə də bu haqda geniş açıqlama verməyi düzgün hesab etmirəm. İşçimin can güvənliyindən narahat idim".

Vəfa instaqram səhifəsinin oğurlanması haqda suallara isə belə reaksiya verib: "İşçimə link göndəriblər ki, Vəfa xanım haqda pis video yayımlanıb. O da bilmədən linkə vurub və instaqram götürülüb. İlk ağlıma gələn Şəbnəm oldu. Amma o da övladının canına and içdi ki, mənlik deyil. Heç bir ana övladının canına yalandan and içməz, ona inanıram".

Qeyd edək ki, Şəbnəmlə Vəfa illərdir qalmaqal yaşayır. Buna səbəb Vəfanın Şəbnəmin keçmiş sevgilisi ilə birlikdə olmasıdır. Hazırda isə qalmaqalın alovlanmasına səbəb "Sən olan yer cənnətdir" mahnısı olub. Bəstəkar mahnını hər iki ifaçıya satıb.

24.09.2024 15:33
show 143