vəfa

Vəfa Şərifova övladlığa uşaq götürəcək, ona...

Vəfa Şərifova övladlığa uşaq götürmək istəyir.

Qlobal.net xəbər verir ki, bu barədə özü açıqlama verib.

“Tarixin bir günü” verilişində qonaq olan ifaçı həmin məsələyə belə aydınlıq gətirib:

“Mən çətin günümü yox, övladlarımı düşünürəm. Qoçaq adamam. Yoxu da, varı da görmüşəm. Mənim üçün heç bir fərq etmir. 7-8 evim var. Amma 3-4-ü kreditlədir. Övladlarımın hərəsinə 1 ev bəsdir. O evlərdən birini yetimxanadan uşaq götürüb ona hədiyyə verəcəm və bunu silsilə şəkildə davam etdirəcəm.

Mənim planım, fikrim odur. Gedib baxacam, ürəyimə yatan uşaq olsa, böyük, balaca fərq etmir, qəyyumluğunu alacam. Amma evimdə baxa bilməyəcəm. Qızım çox qısqancdır.

Qız uşağı istəyirəm. Onun təhsil xərclərrini ödəyəcəm, ev verəcəm, cehiz alacam. Bütün bunların hamısını təmin edəcəm. Ən böyük arzularımdandır. İnşallah, həyata keçirəcəm”. (yenisabah.az)

03.02.2025 11:04
show 114