Xəbər verdiyimiz kimi, müğənnilər Türkan Vəlizadə ilə Vəfa Şərifova rasında qalmaqal yaşanır.
Bu barədə "İncə səhər" verilişində açıqlama verən Vəfa gərginliyi daha da alovlandırıb.
Qarşı tərəfin sosial media hesabından canlı yayım açaraq təhqir etdiyini deyən sənətçi Türkanı içkili vəziyyətdə olmaqda ittiham edib.
"Ceyranım" mahnısına görə qalmaqal yaşadıqlarını deyən Şərifova bunları deyib:
"Bir ildən çoxdur ki, dayanmadan mənə söz atırlar. Kənddən gəlib, kəndçi qızıdır, deyirlər. Geyimlərimi və danışıq tərzimi lağa qoyurlar. Artıq içkili vəziyyətdə "Tiktok"da canlı yayım açaraq məni təhqir etmələrinə dözə bilmədim. Mən də onların videolarını paylaşaraq cavab verirəm. O sənətçilərin hamısı mənə qarşı birləşiblər".
Daha ətraflı videomaterialda:
(milli.az)