Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun evinin fotosu yayılıb.
Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Aygün Muradxanlı paylaşım edib.
Ötən gün Naxçıvana gedən jurnalist paylaşımında “Vasif
Talıbovla müsahibə üçün evinə gəldik. Sonrası… çox aqressiv…”, deyə qeyd
edib.Keçmiş sədrin dəbdəbəli villası sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.
Xatırladaq ki, Vasif Talıbov 1995-ci ilin dekabrından
Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, dekabrın 21-də
vəzifəsindən istefa verib. Daha
sonra Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında
səlahiyyətli nümayəndəlik təsis edib. Ölkə başçısının sərəncamı ilə Fuad
Nəcəfli Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi təyin
olunub.