63bec71512c49202301232629
Vasif Talıbovun oğlanları Azərbaycandan getdi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbovlar ölkədən çıxıblar.

Yanvarın 9-u səhər saatlarında Talıbovlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından VİP-dən Bakı-İstanbul reysi ilə Türkiyəyə uçublar.

Onların səfəri qısa müddət çəkib və səfər biznes məsələlərinin həlli ilə bağlı olub. Bir gün sonra isə qardaşların geri qayıtdığı bildirilir. (qafqazinfo)

11.01.2023 18:24
show 517