Vasif Talıbovun məşhur "Gəmiqaya"sı kimə satılıb? - DETALLAR
Naxçıvan
Muxtar Respublikası (MR) Ali Məclsinin keçmiş sədri Vasif Talıbovun
biznes imperiyasının çökdürülməsi prosesinə start verilib. Talıbov ilk
olaraq biznes imperisyasının ən iri subyektlərindən olan "Gəmiqaya
Holdinq”i itirib. Şirkət bu gündən etibarən "Arkoz Holdinq” adı ilə
fəaliyyət göstərəcək.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Vasif Talıbovla bağlı
proseslərin ilk gündlərindən "Gəmiqaya Holdinq”də əl dəyişimi həyata
keçirilib. Holdinqin bütün subyektlərinin adı dəyişdirilib. İndi
"Gəmiqaya Holdinq”ə daxil olan bütün şirkətlərin adı "Arkoz”la başlayır.
Hazırda Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi
ödəyiciləri barədə məlumatlarında "Arkoz Metal Konstruksiyalar Zavodu”,
"Arkoz Travertin-Mərmər Zavodu”, "Arkoz Mebel Fabriki”, "Arkoz
Avto-Servis”, "Arkoz Qazax Sement Zavodu”, "Arkoz İnaşşat Şirkəti”,
"Arkoz Kərpic Kompleksi”, "Arkoz Merketinq” və "Arkoz Yol-Su Enerji”
şirkətlərinin adına rast gəlinir.
Bu şirkətlərin bir çoxu Naxçıvan şəhər Vergilər İdarəsində
qeydiyyatdadır. Onların yaranma tarixi illər əvvəli əhatə edir.
Məlumatlara görə, bu şirkətlər vaxtilə "Gəmiqaya Holdinq”ə daxil olub.
Vasif Talıbovun holdinqi adını dəyişəndən sonra ona daxil olan
şirkətlərin də adında dəyişiklik edilib.
Bəs "Akroz Holdinq”in sahibi və rəhbəri kimdir?
Biznes mərkəzli sosial şəbəkə olan "Linkedİn"də "Arkoz Holdinq”in
sahibi və idarəçisi kimi Çengiz Çelikin adı qeyd edilib. Çengiz Çelik
türkiyəli memardır. O, "Akroz Ağrı Sement Zavod”unun direktorudur.
Ümumiyyətlə, "Akroz Holdinq” adını "Akroz Mədənçilik Şirkəti”ndən
götürüb. Bu şirkət Türkiyənin ən iri mədəçilik şirkətlərindən biridir.