63d4e67c82e93202301231020
Vasif Talıbovla bağlı daha bir ŞOK FAKT - Klubu vasitəsilə ölkə xaricinə...

I Divizionda çıxış edən "Araz-Naxçıvan” Peşəkar Futbol Klubu barəsində protokol tərtib edilib.  

Qlobal.net Qaynarinfo-ya istinadən xəbər verir ki, klub rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Kluba İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb. 

Müddəanın tələblərinə əsasən, Naxçıvan təmsilçisi xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokola Naxçıvan şəhər Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, klubu ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə gözləyir. 

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova bağlılığı ilə tanınan "Araz-Naxçıvan” 1967-ci ildə təsis edilsə də, 2013-cü ildə bərpa olunub. Komanda 2014-cü ildə Azərbaycan Premyer Liqasında mübarizə aparıb və çempionatı yarımçıq tərk edib.

28.01.2023 13:09
567