İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev iyulun 7-də növbəti dəfə əmliyyat olunub.
V.Tağıyevin anası Təranə Tağıyeva Pravda.az-a açıqlamasında oğlunun səhhəti barədə məlumat verib.
O bildirib ki, Vasif Tağıyevin əməliyyatı yaxşı keçib, evə buraxılıb: “Çənəsində olan platin lövhələri çıxarıblar. 10 gündür ki, dişlərini bir-birinə bağlayıblar. Şprislə yemək yeyir. Allahın izni ilə yaxşı olar. Sümük birləşməsə, yenidən əməliyyat olunacaq”.