661eb81768cf7202404244039
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI

Astrologiyada hamımızın maddələrin karmasından keçdiyinə inanılır. Bu səbəblə bizə bədənlər verilir və canlı enerjinin qarşılığı isə puldur. İnsanlar arasında özləri pul qazanmalı olan bürclər var. Ancaq tərəfdaşlarının bacarıqları ilə də yüksəlişə keçən bəzi insanlar da mövcuddur. Bunlara əsasən bəzi bürc nümayəndələrini misal göstərmək olar. Elə insanlar var ki, onlar pullu, varlı şəxsləri özlərinə çəkə bilir. Partnyorlarının maddi rifahından istifadə edərək özlərinə həyat qururlar. 

Qlobal.net Lent.az-a istinadən xəbər verir ki, astroloqlar zəngin insanların diqqətini çəkə və cəlb etməyi bacaran qadınların daha çox hansı bürc altında doğulduğunu açıqlayıblar. Həmin bürcləri təqdim edirik: 

Buğa

Rahatlıq Buğa üçün deyilən adi bir söz deyil. Belə ki, Buğalar üçün hər zaman baxımlı evdə yaşamaq vacib faktordur. Buğa qadınları ev arzularını həyata keçirə bilməyən kişiyə tərəf baxmazlar.

Buğanın hakim planeti Venera, onlara çoxsaylı insanlar arasında seçim etməyə kömək edir. Elə buna görə də Buğa bürcü maddi cəhətdən təminatlı kişilərin diqqəti ilə əhatə olunub. Onlar imkanlı şəxsləri özləri tərəfinə asanlıqla çəkməyi bacarır.  

Tərəzi

Venera tərəfindən idarə olunan başqa bir bürc isə Tərəzidir. Tərəzi qızları müxtəlif diqqət əlamətlərini qəbul etməyi çox sevirlər. Belə ki, onları kiçik bir gül buketi ilə də sevindirmək olar. Bununla belə, çox az sayda kişi cazibədar Tərəzilərlə danışmağa cəsarət edir. Onların gözəlliyi qərarsız kişiləri qorxudur. Həmçinin, onların cazibəsi, zövqlü və baxımlı olması kişilərin diqqətindən qaçmır. 

Oğlaq

Oğlaq bürcünün qadın nümayəndələri heç vaxt minimal istəklərə razı olmurlar. Kişilər də ilk baxışdan oğlaq qadınlarında bunu hiss edir. Çünki Oğlaqlar bunu gizləməyə çalışmırlar. Onlar bu barədə çox açıqsözlüdürlər. Ona görə də kişilər maddi rifahlarına əmin olmadan Oğlaq qadınlarına yaxınlaşmağa cəsarət etmirlər. Bu bürcün qadınları imkanlı kişiləri yalnız xarici gözəllikləri ilə deyil, onların əzmkarlığı, çalışqanlığı və işgüzarlığı ilə cəlb edir.  Sanki onlarda özlərini tapırlar və buna doğmalıq kimi yanaşırlar. 

Şir 

Şir bürcünün qadınları hədiyyə almağı çox sevirlər. Belə ki, maddi diqqət göstərmədən onları cəlb etmək mümkün deyil. Çünki bu bürcün qadınları özlərinə çox dəyər verir. Onların yüksək enerjisi bir çox kişini özünə çəkir və təbəssümləri ilə istənilən yüksəklikləri fəth etməyə hazırdırlar. Şirlət cəmiyyət arasında necə davranacağını gözəl bilir və buna görə də bir çox insan ona heyran qalır. Maddi rifahı yaxşı olmayan biri Şir qadınlarının yanından belə keçə bilməz. 

16.04.2024 21:39
show 1287