67ad88647c745202502255132

Varlı ərəb qadından Burak Özçivitə ŞOK TƏKLİF

Serialdan hər bölüm üçün orta hesabla 750 min TL qazandığı deyilən Burak Özçivitin Səudiyyə Ərəbistandan inanılmaz təklif aldığı iddia edilib. İddialara görə, aktyor bu təklifi külli miqdarda pul qarşılığında qəbul edib.

Qlobal.net bildirir ki, Həmkarı Fahriye Evcenlə xoşbəxt ailə quran Burak Özçivit karyerası ilə yanaşı qazancı ilə də tez-tez gündəmə gəlir.
Bu yaxınlarda xüsusi bir təşkilatla Səudiyyə Ərəbistana səfər edən və oradan paylaşımlar edən Burak Özçivitlə bağlı yeni bir iddia  gündəmə gəlib.
“Gel konuşalım” proqramının aparıcıları Ece Erken və Nur Tuğba Namlı aktyor Özçivitin sırf yanında oturmaq üçün 1 milyon dollarlıq təklif aldıqlarını iddia ediblər. 
Özçivit hələlik bu iddialarla bağlı açıqlama verməyib.
Burak Özçivit şam yeməyində Dubaydan olan qadın pərəstişkarları ilə görüşüb. Onun pul qarşılığında ölkənin 80 ən varlı qadını ilə şam yeməyi etməsi böyük mübahisə yaradıb.

Səbinə
Qlobal.net
13.02.2025 14:50
show 242