Vardanyanın milyardlıq mülkləri...
Milyarder Qarabağa getdikdən sonra Rusiyadakı bütün biznesini arvadının idarə etdiyi "Q Capital” şirkətinin idarəçiliyinə verib
"Laçın” postunda saxlanılan qondarma separatçı rejimin "dövlət
naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan
barəsində Səbayel Rayon Məhkəməsi dörd aylıq həbs qətimkan tədbiri
seçib.
1968-ci il təvəllüdlü R.Vardanyana Cinayət Məcəlləsinin 214-1
(terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və
fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının
dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli
sürüb. Hazırda Dövlət Təhlükəsizlik Xidmətində onun istintaqı davam
edir.
Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, Rusiya mediası onun bu ölkədəki biznes və əmlakları haqda yazıb.
Məlumdur ki, Ruben Vardanyan Rusiyada "Troyka Dialoq” investisiya
şirkətinin təsisçisi kimi məşhurlaşıb. Qərb jurnalistlərinin
araşdırmasına görə, bu şirkət vasitəsilə Rusiyadan xaricə təxminən 4,6
milyard dollar çıxarılıb. O, "Skolkovo” məktəbinin ilk prezidenti və
"Rosqosstrax”ın idarə heyətinin üzvü kimi tanınıb.
Məlumata görə, milyarder Qarabağa getdikdən sonra Rusiyadakı bütün
biznesini "Q Capital” şirkətinin idarəçiliyinə verib. Onun nizamnamə
kapitalı 4,5 milyard rubl, keçənilki gəliri 800 milyon rubl təşkil edib.
"Q Capital”ın sahibləri isə "TD Advisors” offşor şırkəti və
Vardanyanın həyat yoldaşı Veronika Zonabenddir.
Ümumilikdə, Ruben Vardanyan "Q Capital”ın nəzarəti altında olan bir
neçə şirkətinin səhmlərini dövr edib. Söhbətin hansı şirkətlərin
səhmlərindən getdiyinə baxaq. "Avtoinvest"in 20 faizi. 2021-ci ilin
dekabrına olan məlumata görə, "Avtoinvest” "KamAZ” səhmlərinin
23,54%-nin sahibi olub. Maliyyə hesabatlarına görə, 2022-ci ildə
"Avtoinvest” in xərcləri 3,5 milyard rubl təşkil edib, xalis aktivləri
isə 16 milyarddan 13 milyard rubla qədər azalıb.
"Feelgood” Konstaltinq Bürosunda 60 faiz paya sahib olan
Vardanyanın bu bürosu audit və risklərin qarşısının alınması da daxil
olmaqla, Rusiyadakı xeyriyyəçi QHT-lərə hüquqi, maliyyə, piar və qrant
dəstəyi xidmətləri göstərir. Ümumi "çirkli gəliri” ildə təxminən 150
milyon rubl təşkil edir, lakin rəsmi xalis gəliri cüzidir.
"Atlanta” və "Atlanta Şimal-Qərbi” adlanan qapalı biznes klubunda
da biznesmenin 85 faiz payı var. Mövcud olduğu beş il ərzində gəlirlər
yüz milyondan üç yüz milyona qədər artıb, keçən il də xalis mənfəət
əldə edib.
"Vosxod"adlı qiymətli kağızlar dillerində 25 faiz payı olsa da,
məlumatlara görə, ötən il təxminən 200 milyon rubl dəyərində
aktivlərini itirib.
Həmçinin, Vardanyanın həyat yoldaşının nəzarət etdiyi "Q Capital"ın
idarəetməsində faydalı qazıntıların çıxarılması üçün lisenziyası olan
Belqorod sənaye parkında "Kombinat" şirkəti və Moskva yaxınlığında
plastik istehsal edən zavod var.
Daşınmaz əmlaklarına gəlincə, Kremlin bir neçə addımlığındakı Arbat
ərazisində yerləşən "Romanov Dvor” biznes mərkəzi Vardanyan ailəsinin
mülkiyyəti olaraq qalır. Bu, Moskvadakı ən bahalı kommersiya məqsədli
daşınmaz əmlaklarından biridir. Hazırkı qiymətlərlə hər il təxminən 3
milyard rubl gəlir əldə edə bilər.
Rusiya KİV-lərinin məlumatına görə, Vardanyanın qohumları, o
cümlədən həyat yoldaşı Veronika Zonabend hazırda Rusiya paytaxtındadır.
Çox güman ki, onlar "Romanov" dəbdəbəli yaşayış kompleksində ("Romanov
Dvor" biznes mərkəzi ilə üzbəüz yerləşir) təxminən 400 milyon rubl
dəyərində 230 kvadratmetr sahəsi olan bir mənzildə yaşayırlar. Bu bina
SSRİ-də Xruşşov, Molotov, Voroşilov, Kosıgin, Budyonnı, Jukov və digər
partiya rəhbərlərinin yaşadığı qraf Şeremetyevin keçmiş yaşayış
binalarının məhəlləsinə aiddir. İndi modern şəkildə təmir olunub və əla
görünüşə sahibdir. Qapı şir heykəlləri ilə "qorunur”. Qədim fənərlərlə
işıqlandırılan həyətdə inqilabdan əvvəlki aristokratik ab-hava yaradır.
Bütün mənzillər ağıllı ev sistemləri ilə təchiz olunub.
Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edənə qədər
Moskvada "Petrovski həyəti”ndə 150 kvadratmetr ərazidəki mənzildə
qeydiyyatda olub. Bura III Aleksandrın dövründə tikilmiş altı tarixi
malikanə olan eksklüziv yaşayış kompleksidir. 7/24 mühafizə olunur,
nəzarət-buraxılış məntəqəsi, ətrafda kameralar var. Vardanyanların bu
daşınmaz əmlakının qiyməti də150 milyon rubl qiymətləndirilir.
Vardanyanlar ailəsinin Tverskaya küçəsindəki "Stalinka” binada da
təxminən qiyməti 70 milyon rubl olan mənzili var. Bu, Qalina
Vişnevskaya, Mstislav Rostropoviç, Georgi Sviridov və başqa musiqi
elitasının yaşadığı Stalin dövründəki binadır.