2 il əvvəl təqaüdə göndərilən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun oğlu Pərvin Əsədovun toyu olub.
Qlobal.net "Bizim.Media"ya istinadla xəbər verir ki, İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Pərvin Röya adlı xanımla ailə qurub.
Məclis paytaxtın dəbdəbəli restoranlarından birində baş tutub. Gecədə şou əhli də iştirak edib. Toydan görüntülər sosial şəbəkədə paylaşılıb.