Vanqanın 2024-cü il proqnozu gündəmə bomba kimi düşdü: “Sonsuza qədər...”
Bolqar kahin Vanqanın 2024-cü illə bağlı proqnozları gündəmdədir.
Ekstrasens illər öncə 2024-cü ildə dünyanın böyük transformasiyaya uğrayacağını iddia edib.
İki böyük elmi gəlişmə ilə dünyanın gedişatının sonsuza qədər
dəyişəcəyini deyın Baba Vanqa xərçəngin müalicəsinin tapıla biləcəyini
bildirib. Həmçinin QİÇS-in kökünün kəsiləcəyini iddia edib.
2024-cü il üçün başqa bir proqnozu isə “neft əsri”nin sona çatacağı
ilə bağlıdır. Gələn il diqqətin bərpaolunan enerjiyə veriləcəyi
söyləyib. Vanqa kvant kompüterlərinin inkişaf edəcəyini də iddia edib.
Maliyyə, səhiyyə və kibertəhlükəsizlik kimi sektorlara ciddi təsir
göstərdiyi bildirilən kvant kompüterləri ilə mürəkkəb hesablamalar
görünməmiş sürətlə həyata keçirilə bilər.
Baba Vanqa Rusiya Prezidenti Vladimir Putinin ölkəsindən olan biri
tərəfindən öldürüləcəyini də deyib. Digər tərəfdən Avropada
ekstremistlərin hücumlarının artacağını iddia edib.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın müəmmalı bir xəstəliyə tutulacağı da onun proqnozları arasındadır.
Vanqa kiberhücumların da artacağını iddia edib. O, həmçinin deyib ki, bu hücumlar qlobal xaosa və nizamsızlığa səbəb ola bilər.
Həmçinin 2024-cü ildə qlobal iqtisadiyyata təsir edəcək böyük böhranın ola biləcəyini söyləyib. (Teleqraf.com)