Məşhur görücü Vanqanın 2024-cü il ilə bağlı proqnozlarından ikisi reallaşıb.
Bu vaxtadək bir sıra mühüm hadisələrlə bağlı proqnoz verən Vanqa bu dəfə də haqlı çıxıb.
Belə ki, onun dünyanın iqtisadi böhranla üz-üzə qalması ilə bağlı proqnozu İngiltərədə və Yaponiyada düz çıxıb. Yaponiya pulu rekord həddə ucuzlaşıb. İngiltərədə isə iqtisadi böhran yaşanır.
Onun ikinci proqnozu isə tibb sahəsində irəliləyişin əldə olunması ilə bağlı idi ki, artıq həkimlər ağciyər xərçənginə qarşı vaksin hazırlayıblar.Qeyd edək ki, Bolqarıstanda doğulan Vanqa uşaqlıqda başına gələn bədbəxt hadisə səbəbindən kor olduqdan sonra baş verəcəklərlə bağlı proqnoz verməyə başlayıb. Onun proqnozlarının bir çoxu düz çıxıb. (milli.az)