6485ed40ca85c202306235024
Vanqanın 2023-cü il üçün QORXUNC proqnozu

“The New York Post” gələcəkdən xəbər verən bolqarıstanlı Vanqanın 2023-cü ilə dair proqnozlarını dərc edib.

Lent.az-ın xəbərinə görə, Vanqa 2023-cü ilə dair dəhşətli proqnozlar verib. Öngörücü dağıdıcı nüvə fəlakətindən bəhs edib. O bildirib ki, atom stansiyasında partlayış olacaq və zəhərli buludlar Asiyanın üzərini alacaq.

Vanqa 2023-cü illə bağlı daha 4 vacib proqnoz da verib.

Onun fikrincə Yerin orbiti dəyişəcək. Günəşdə baş verən fırtınalar Yerin iqliminə təsir edəcək. Dünyadakı super derjavalardan biri bioloji silahdan istifadə edəcək. Bu yüz minlərlə insanın məhv olmasına səbəb olacaq.

Vanqa bildirib ki, 2023-cü ildən sonra körpələri laboratoriyalarda yetişdirəcəklər. Təbii yolla doğuşlar azalmağa başlayacaq. Valideynlər özləri uşaqlarının hansı üz cizgilərinə malik olmasını (sarışın, qaraşın, mavi gözlü və s.) seçə biləcəklər.

11.06.2023 19:50
show 606