cavanşir
Vahid meyxananı məzə ilə yazıb, ələ salırdı - Cavanşir Quliyev

“Vahid meyxananı məzə ilə yazıb, o meyxanaçıları ələ salıb, zarafat edib”.

 Bu fikirləri Lent.az-a müsahibəsində bəstəkar Cavanşir Quliyev səsləndirib.

"Meyxanada nə düz əməlli dil var, nə musiqi. İndi meyxanaçılar əllərində Vahidin adını bayraq edirlər ki, Vahid də meyxana yazıb. Onlara cavabım var. Məncə Vahid meyxananı məzə ilə yazıb. Bəlkə də pul xətrinə, dolanışıq üçün arada bir az deyib. O düşünmədi ki, bu məzələnmək sonradan onu meyxanaçıların liderinə çevirəcək. O gözəl qəzəlləri yazan adam, o qəribə meyxanaları deməzdi. O ələ salırdı, zarafat edirdi”,- deyə bəstəkar vurğulayıb.

29.11.2022 14:42
show 243