"Sən hansısa təlxəyin qarşısında yalan danışıb qürurlana bilməzsən".
Bunu Milli Məclisin plenar iclasında deputat Elşən Musayev deyib. Millət vəkili həmkarının bloger Mehman Hüseynovun qarşısında yüzlərlə insanın haqqını tapdadığını qeyd edib: "Bir söz var, qəhrəmanlıq haqqında çox düşünənlərin qəhrəmanlığa zamanı qalmır. İnsan məişətdə, işdə hamı ilə dost ola bilər, amma siyasətdə hamı ilə dost olanlardan təhlükəlisi yoxdur. Siyasətdə işıqfor kimi 15 saniyədən bir rəng dəyişənlərdən daha betəri yoxdur. Millət vəkili kimi təklif edirəm ki, İntizam Komissiyasına müraciət olunsun. Vahid Əhmədov ən azından töhməti haqq edir". (sfera.az)