Vaginal göbələk göbələk infeksiyası növüdür.
Qlobal.net bildirir ki, bədəndə vaginal göbələk infeksiyalarına səbəb olan “Candida” adlı maya növü mövcuddur. Bu maya orqanizmdə tarazlıqda olduğu müddətcə heç bir problem yaratmır. Lakin tarazlıq pozulduqda sürətlə çoxalır və göbələk infeksiyası yarana bilər. Göbələk infeksiyası vulvada (vaginanın xarici hissələrində) yanma, qaşınma, qızartı və vaginal axıntının dəyişməsi ilə müşayiət olunur. Göbələk infeksiyalarının müalicəsində istifadə olunan dərmanlar bir neçə gün ərzində simptomları yüngülləşdirir. Daha ciddi hallarda bu proses iki həftəyədək uzana bilər. Vaginal göbələk infeksiyaları zamanla təkrarlana bilər.
Qadınlarda geniş yayılmış cinsi sağlamlıq problemlərindən biri olan vaginal göbələk, “Candida” adlanan maya göbələyinin həddindən artıq çoxalması nəticəsində yaranır. Vaginal və vulvada qıcıqlanma, axıntı və qaşınma ilə özünü göstərir. Normalda vaginanın özünəməxsus florası var və bu flora bəzi bakteriya və maya hüceyrələrini ehtiva edir. Əgər hər hansı səbəblə bu flora pozularsa, “Candida” adlı maya hüceyrələri çoxalmağa başlayır və vaginal göbələk yaranır. Göbələk infeksiyası cinsi yolla keçən xəstəlik (CYBH) deyil. Vaginal göbələk infeksiyasının digər adları “vulvovaginal kandidiazis” və ya “vaginal kandidiazis”dir.
Qadınların təxminən 75%-i həyatları boyunca ən az bir dəfə göbələk infeksiyası keçirir, yarıdan çoxu isə iki və ya daha çox dəfə bu problemlə qarşılaşır. Vaginal göbələk daha çox yetkinlik dövründən sonra və menopauzadan əvvəl müşahidə olunur. Bəzi faktorlar infeksiyaya tutulma riskini artıra bilər, lakin bu infeksiyalar olduqca yayğındır və müalicə oluna bilir.
Göbələk infeksiyasının simptomları insandan insana dəyişə bilər. Bəziləri heç bir simptom göstərməyə bilər. Aşağıdakı əlamətlər vaginal göbələk infeksiyasına işarə ola bilər:
Vaginal və vulvada qaşınma və ya yanma hissi
Kəsmik kimi, qalın, ağ və qoxusuz vaginal axıntı
Vaginal və vulva bölgəsində qızartı və şişkinlik
Həssas dəridə kiçik çatlar və ya kəsiklər
Sidik zamanı yanma və ağrı hissi
Cinsi əlaqə zamanı ağrı
Vaginal göbələyə səbəb olan göbələk hüceyrələri qadın vaginasında təbii şəkildə mövcuddur. Vaginal floradakı lactobacillus bakteriyaları bu göbələkləri nəzarətdə saxlayır. Lakin bədəndə faydalı bakteriyaların sayı azaldıqda və ya balans pozulduqda “Candida” sürətlə çoxalır.
Xüsusilə antibiotik istifadəsi bu balansın pozulmasında böyük rol oynayır. Göbələk infeksiyasına səbəb olan digər faktorlar bunlardır:
Yuxusuzluq
Stres
Hamiləlik
Şirin qidaların həddindən artıq qəbulu
Sağlam olmayan qidalanma
İmmunitetin zəifləməsi
Diyabet
Hormonal müalicələr və doğum nəzarət həbləri
Genital gigiyenada uyğun olmayan kosmetik vasitələrin istifadəsi
Təmizlənməmiş hovuzlardan istifadə
Sintetik alt paltarları və dar geyimlər
Gündəlik salfet istifadəsi
Kortizol tərkibli dərmanlar
Vaginal duşlar və parfümlü məhsullar
Bəzi yüngül göbələk infeksiyaları öz-özünə keçə bilər. Bu, adətən qadınların menstrual dövründə vaginal pH səviyyəsinin daha turş olması ilə əlaqədardır. Ən effektiv müalicə üsulları:
Flukonazol – Adətən tək doza ilə qəbul olunan güclü göbələk əleyhinə ağız yolu ilə istifadə edilən dərmandır.
Klotrimazol – Krem, məlhəm və ya vaginal şam şəklində olur. 3-7 gün arasında istifadə edilir və reseptsiz əldə edilə bilər.
Daha ağır və ya təkrarlanan hallarda, həkim bu dərmanların birləşməsini və daha uzunmüddətli istifadəni tövsiyə edə bilər.
Aşağıdakı üsullar ev şəraitində həm qarşısını almağa, həm də simptomları yüngülləşdirməyə kömək edə bilər:
Genital bölgəni təmiz və quru saxlayın. Sabun istifadə etmədən yalnız su ilə yuyun.
İlıq vanna qəbul etmək simptomlara kömək edə bilər.
Karbonatlı su ilə duş almaq qaşınmanı və yanmanı azalda bilər.
Çay ağacı yağı göbələk əleyhinə təsirə malikdir və faydalı ola bilər.
Yoğurt və kefir kimi probiotik qidalar istifadə edin.
Parfümlü qadın gigiyena məhsullarından uzaq durun.
Vaginal krem və ya şam istifadə etdikdə tampon istifadə etməyin.
Pambıqlı və rahat geyimlər geyinin.
Gecələr alt paltarsız yatmağa çalışın.
Dar şalvar və ya şortlardan uzaq durun
Fidan
Qlobal.net