652a2009d4472202310235849
Üzünü qaldır, qaldır üzünü...- VİDEO

Bu gün Xocalının Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri Vaqif Xaçatryanın məhkəmədə ağlamasını görəndə qulağımıza 31 il əvvəldən bir səs gəldi:

- Üzünü qaldır, qaldır üzünü...

Bu, Vaqif Xaçatryanın da iştirakı ilə törədilən faciəni lentə alan Milli Qəhrəman Çingiz Mustafayevin səsi idi. 

Bunun eynisini məhkəmədə başını aşağı salaraq timsah göz yaşları tökən Xaçatryan da eşitdi. Amma Çingizin yox, hakim dilindən:

- Üzünü qaldır, qaldır üzünü...

Bu, dejavü deyil, tarixi ədalətin bərpasıdır


 

14.10.2023 08:58
show 831