03.06.2021
11:36
76

ÜZÜCÜ XƏBƏR: Şəhidimiz var!

Loading...

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.

APA xəbər verir ki, bu barədə şəhidin qardaşı məlumat verib. Göygöl rayonu, Murovdağ qəsəbə sakini MAHHXQ 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun Murovdağ istiqamətində nəşi tapılıb.

Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Verdiyev Eldəniz Rabil oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Allah rəhmət eləsin!

Loading...