Xalq artisti Faiq Ağayev bayağı müğənnilər haqda etdiyi açıqlamalarla diqqət çəkib.
Qlobal.net xəbər verir ki, “Xəbərin var?” verilişində qonaq olan müğənni bayağı ifaçılar üçün yeni ad da düşünüb:
“Pop musiqi janrında vəziyyət çox əladır. Gülüstandır. Laləzarlıqdır. Mənim həmkarlarım gözəl-gözəl mahnılar və kliplər çıxardır. Qalmaqallarda iştirak etmirik. Bizim üstümüzə gələn söz-söhbətlərin səbəbkarı biz deyilik. Bizim janrımızdan uzaq olan insanlardır. Onlar da nədənsə özlərini bu şou biznesin bir hissəsi sayırlar. Şou biznes tamaşadır. Şou göstəridir. Şou biznes tamaşa ilə pul qazanmaqdırsa, o üzdəniraq fiqurlar, personajlar şou göstərmir axı. Onlar yalnız özlərini göstərir”.